SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Qaz təhlükəsizliyi | Gas Safety

Təlimin qısa təsviri 

Qazlar iş yerlərində əsas təhlükələrdən biridir. Onların miqdarına və ya səviyyəsinə nəzarət edilməsə bu iş yerlərində zəhərlənmə, boğulma və ya partlayış hallarına gətirib çıxara bilər. Ona görə də oksigen və digər qazların səviyyəsi qəbul olunan səviyədə saxlanılamalı və onlara daima nəzarət olunmalıdır.

 

Təlimin məqsədi 

  • Təhlükəli atmosferi təşkil edən partlayıcı,alışan,zəhərli, boğucu qazlar, onların növləri, əsas xüsusiyyətləri, oksigenin azlığı və çoxluğu və bunların səbəb olduğu təhlükələr, bu təhlükələrin risklərinə nəzarət tədbirləri barədə məlumatlandırmaq

  • Qapalı sahə, onunla bağlı və digər ərazilərdə qaz testini və ya yoxlamasını necə aparmaq

  • İş yerlərində qaz təhlükəsizliyini təmin etmək üçün işin təhlükəsizlik sisteminə riayət etmək barədə məlumatlandırmaq

 

Təlim kimlər üçün nəzərdə tutulub 

 İş yerlərində qaz təhlükəsi mövcud olan bütün işçilər üçün

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Qaz təhlükələri

  • Təhlükəli atmosfer

  • Qaz testi və onun aparılması

  • Qaz təhlükələrinə nəzarət

 

Mövzular: 

  • Giriş

  • Ümumi Məlumat

  • Qaz Testi nədir və nə üçün aparılır?

  • Səlahiyyətli qaz yoxlayıcısı kimdir ?

  • İstifadə olunan terminlər

  • Qaz təhlükəsinin növləri

  • Təhlükəsiz Atmosfer nə deməkdir ?

  • Oksigenin çoxluğu və azlığı təhlükəsi

  • Partlayıcı qazlar və alışan qazlar

  • Zəhərli və Boğucu qazlar

  • Qazların və buxarların sıxlığı

  • İş yerində təsir həddi  və EH 40 sənədi

  • Qaz Detektorları, növləri və iş prinsipləri

  • Qaz yoxlamasının aparılması: qaz detektorlarından istifadə, onların kalibrasiyası, sıfırlanması  və tətbiqi

  • Qapalı Sahədə qaz təhlükəsizliyi

  • İşin Təhlükəsizlik Sistemi

  • Təhlükə və Risk anlayışları

  • Riskin Qiymətləndirilməsi və Nəzarəti

  • COSHH (MSDS)

  • Fərdi Mühafizə Vasitələri

  • İşə İcazə (PTW)

  • İsti işlərdə qaz yoxlaması

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur

Sertifikatın etibarlılıq müddəti: 3 il

SƏTƏM təlimləri